ZƏRURİ TƏDBİRLƏR DAVAM EDİR
“Hacıqabul EŞ”də növbəti payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Elektrik verilişi xətlərində və ötürücü avadanlıqlarda cari və əsaslı təmir işləri aparılır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 35 kilovoltluq “Atbulaq” hava xəttində 14 ədəd dayaq daha keyfiyyətliləri ilə dəyişdirilib, 35/6 kV-lik 753 saylı yarımstansiyada 2,5 və 4 MVA-lıq, 35/0,4 kV-lik “K.Marks” yarımstansiyasında isə 100 kVA-lıq transformatorlar təmir edilib. 35/10 kV-lik “Abdulabad” yarımstansiyasında 35 kV-lik, 35/10 kV-lik “Udulu” yarımstansiyasında 10 kV-lik giriş yağ açarları, 10 kV-lik “Cəngən” və “Şorbaçı” hava xətlərinin yağ açarları cari təmir olunub. Analoji proses 35/6 kV-lik 752 saylı yarımstansiyadakı transformatorda da həyata keçirilib.
Qeyd edək ki, 10 kV-lik “Padar” hava xəttində KRN tipli yuvada uçot komplekti bərpa olunub. 35/6 kV-lik “Pirsaat” yarımstansiyasının 6 kV-lik «Pirsaat» fiderində cərəyan transformatoru, 6 kV-lik girişdə isə 3 fazlı elektrik sayğacı quraşdırılıb. Eyni zamanda 10 kV-lik “Ağacanlı” hava xətti üzərindəki KRN tipli yuvada da uçot komplekti bərpa olunub. Eyni gərginlikli «Xilə-Mirzə» hava xəttində isə təxminən 6 km-lik məsafədə təmir işləri görülüb.
Qeyd olunanlarla yanaşı, şəbəkənin balansında olan 42 ədəd 10/0,4 kV-lik güc transformatoru cari təmir olunub, 8 transformator isə əsaslı təmir edilərək əvvəlki yerində quraşdırılıb. Eləcə də rayonun Muğan, Atbulaq, Abdulabad, Pirsaat, Nəvahi, Qubalı-Baloğlan, Qarasu, Talış, Meyniman, Xilə-Mirzə, Rəncbər, Kürçülü kəndlərində sıradan çıxmış sayğaclar yeniləri ilə əvəz olunmaqla 480-ə yaxın birfazlı elektrik sayğacı quraşdırılıb.