İSTEHSALIN HƏCMİ DİSPETÇER YÜK QRAFİKİ ƏSASINDA MÜƏYYƏNLƏŞİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan İstilik Elektrik Stansiyası”nın kollektivi cari ilin doqquz ayının, həmçinin cari ilin üçüncü rübü­nün və sentyabr ayının proqnozlarına artıqlamasilə əməl edib.

Stansiyanın enerji bloklarının və avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimi bu müddətdə təmin edilib, elektrik enerjisi istehsalı dispetçer yük qrafikinə uyğun həyata keçirilib. Bununla yanaşı, əsas avadanlıqların zə­dələnməsinə və sıradan çıxmasına səbəb ola biləcək qəza və imtina hallarına yol verilməyib, texniki qulluq tədbirləri vaxtında keyfiyyətlə yerinə yetirilib.

2015-ci ilin doqquz ayı ərzində 5 milyard 651 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal olunub. Üçüncü rüb üçün istehsal göstəricisi də uğurludur. Üçüncü rübdə 2 milyard 59,3 milyon kilovat-saat elektrik ener­jisi hasil edilərək enerjisistemə ötürülüb. Ener­getiklər ayrıca sentyabr ayında 650 milyon 731 min kVt-saat elektrik enerjisi istehsal ediblər.

Stansiya kollektivi ilin ötən ayları ərzində elektrik enerjisinin xüsusi s