“ŞƏMKİR” SES SİLSİLƏSİ: TƏMİR BƏRPA İŞLƏRİ APARILIR

Image

2012-ci ilin birinci  yarısı başa çatdı. Yaz-yay mövsümündə respublikamızın enerji istehsalçıları istismar etdikləri qurğu və avadanlıqlarda cari və əsaslı təmir işləri aparmaqla  üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Bunu ilin iki rübü ərzində əldə edilmiş uğurlardan da görmək mümkündür. . Belə obyektlərdən biri də “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, « Şəmkir” SES-də iyun ayında 54 milyon kilovatsaat, “Yenikənd” SES-də isə 23 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Mənbəyə istinadən qeyd edək ki, “Şəmkir” SES-in hər iki hidroaqreqatı saz vəziyyətdə işləyir və onlarda cari təmir işləri aparılıb. Kran təsərrüfatındakı 3 ədəd kətilli və 2 ədəd körpülü kran cari təmir edilib və saz vəziyyətdədirlər. İrili-xırdalı 6 transformator, 2 ədəd kompressor qurğusu təmirdən və profilaktiki yoxlamalardan çıxarılıb.

Açıq paylıyıcı tərtibatda 1, 2, 3, və 4  saylı 330 kV-lik hava xətlərində eleqaz açarları, habelə 1 və 2 saylı 110 kV-lik elaqaz açarları cari təmir olunub.

Suqəbuledicidə və sutullayıcı qurğuda təmir və qəza təmir sipərləri cari təmirdən çıxarılıb.

Mənbə onu da bildirdi ki, “Yenikənd” SES-də də hidroaqreqatlar cari təmir olunub. Kətilli və körpülü kranlar, 110 kV-lik 3 ədəd elaqaz açarı, 6 ədəd müxtəlif güclü transformator əsaslı və cari təmir edilib, profilaktiki yoxlamadan keçirilib.

Onu da qeyd etmək yerinə düşərdi ki, yaz-yay mövsümü ilə əlaqədar hazırlanmış tədbirlər planı da tamamilə yerinə yetirilib. Silsilənin bütün avadanlıq və qurğuları texniki cəhətdən sazdır və baş dispetçer qrafiki üzrə istismar olunur.

Yanğın təhlükəsizliyi tədbirlərinə də xüsusi diqqət yetirildiyini bildirən mənbə qeyd etdi ki,  bütün iş yerlərində  yanğın söndürücü ləvazimatlar saz vəziyyətdədir. Yanğının baş verməməsi ilə əlaqədar hər növ tədbirlər, istər texniki, istərsə də  təşkilatı qaydada yerli təlimat və göstərişlər əsasında aparılır, sayıqlıq əsas  meyar kimi işçi heyəti arasında təbliğ olunur.