TƏMİR-SAZLAMA İŞLƏRİ APARILMIŞDIR

Image

Müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyasının respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu vardır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin 8 ayı ərzində 196,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.  Qeyd edək ki, cari ilin avqust ayında isə bu göstərici 27,9 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində hesabat dövründə elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxş olmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda növbəti, təlimata müvafiq texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsi artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir.

 

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Xaçmaz” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.