AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində, o cümlədən pik gücləri baxımından ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir.  Belə obyektlərdən biri də qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan « Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında müəssisə üzrə 29,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 22,1 milyon kilovatsaata yaxını «Şəmkir» SES-in, 7 milyon kilovatsaatdan çoxu isə «Yenikənd» SES-in payına düşür.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 731,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bundan 508,1 milon kilovatsaatdan çoxu «Şəmkir» SES-in, 223,5 milyon kilovatsaatdan çoxu isə  «Yenikənd» SES-in payına düşür.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində “Şəmkir” SES-də olan avadanlıqlarda, qurğularda təmir işləri və proflaktik yoxlamalar davam etdirilir.

“Yenikənd” SES-də isə sozügedən dövrdə bir hidoaqreqatda cari təmir işi aparılmış və digər avadanlıqlarda isə analoji işlər plan-qrafik üzrə yerinə yetirilmişdir. Eyni zamanda 1-ci hidroaqreqat əsaslı təmirə çıxarılmışdır.

Onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.

Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.