QAYDA POZULMASININ QARŞISI ALINIR

Image

İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müntəzəm olaraq müvafiq tədbirlər davam etdirilir. Bütün Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Bağlar” və “Xızı” EŞ-lərində də elektrik enerjisindən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

Bağlar EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 74 istehlakçının (bunun 69 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 121,3 min kilovatsaata yaxın (bunun 93,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə 140-a yaxın qayda pozuntusu (bunun 128 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 457,2 min kilovatsaata yaxın (bunun 201,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 27,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 57 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Xızı EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin mart ayında keçirilmiş reydlər zamanı 6 istehlakçının (bunun hamısı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 8,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 515 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, burada cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 7 istehlakçının (bunun hamıcı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozması faktı aşkar edilərək 8,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 520 manat istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 90 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, “Sumqayıt Regional Elektrik Şəbəkəsi” (REŞ) üzrə (REŞ sözügedən EŞ-lərlə yanaşı Sumqayıt, Şamaxı, Qobustan və Xırdalan EŞ-ləri əlaqələndirir.) cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 1385-dən artıq (bunun 1279 ədədi məişət abonenti (əhali) istehlakçılarına aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 5 milyon 85,1 min kilovatsaata yaxın (bu göstəricinin 2 milyon 525,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 305,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin mart ayında isə sözügedən qayda pozuntusuna görə 467 müvafiq (bunun 433-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) akt tərtib olunmuş, 1 milyon 394,1 min kilovatsaatdan artıq (bunun 662,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 82,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.