TEXNİKİ-İQTİSADİ GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-in Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şəki” elektrik stansiyası istismara verildiyi gündən kollektiv dispetçer qrafikinə uyğun olaraq qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlib. Bu ənənənin davamı olaraq 2015-ci ilin 8 ayı ərzində proqnozlaşdırılmış texniki-iqtisadi göstəricilər də qabaqlanıb.
Cari ilin otən ayları ərzində müəssisədə 184 milyon 444 min kilovat-saat elektrik enerjisi istehsal edilib.
Ayrıca götürüldükdə isə avqust ayında 21 milyon 691 min kVt-saat elektrik enerjisi istehsal edilib.
Enerji istehsalı ilə yanaşı stansiyada avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir.
Hazırda stansiyanın istismar fəaliyyəti qrafikə uyğun davam etdirilir. Cari ilin 8 ayında stansiyanın mütəxTEəssisləri tərəfindən aqreqatlarda istismar həddinə uyğun növbəti xidmət işləri yerinə yetirilib.
110-kilovoltluq Açıq Paylayıcı Quruluşun (APQ) avadanlıqlarının keyfiyyətli istismarının təşkil olunması məqsədilə 25 MVA-lıq güc transformatorlarında, 110 kV-lik eleqaz açarlarında və digər yarımstansiya avadanlıqlarında cari təmir işləri görülüb, bütün avadanlıqlar təftiş edilib, mühafizələr qaydaya salınıb.
Eyni zamanda əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilib. Yanğın əleyhinə hazırlıq daim yüksək səviyyədə saxlanılır və yanğınəleyhinə məşqlər davam etdirilir.