TƏSİRLİ TƏDBİRLƏRİN NƏTİCƏSİ
Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Sayğac cxemlərinə müdaxilə edən istehlakçılara qarşı daha sərt tədbirlər görülür.
Şəki elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 65 istehlakçının (bunun 52 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 361,7 min kilovatsaatdan artıq (bunun 262,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 21,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 38 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 2 ayı ərzində isə müəssisə üzrə 126 qayda pozuntusu (bunun 101 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) faktı aşkar edilərək 626,2 min kilovatsaata yaxın (bunun 412,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 37,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 71 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, ötən il ərzində isə burada 780-ə yaxın (bunun 700-ə yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 881,1 min kilovatsaatdan artıq (bunun 1 milyon 663,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 172,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 20 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qax EŞ-dən əldə edilən məlumata görə isə, müəssisənin xidməti ərazisində cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 9 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 11,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 700 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 45 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 2 ayı ərzində burada 16 qayda pozuntusu faktı aşkar edilərək 57,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd etmək yerinə düşərdi ki, burada ötən il ərzində keçirilmiş reydlər nəticəsində 120-ə yaxın istehlakçının qayda pozması faktı aşkar edilərək 189,7 min kilovatsaata yaxın (bunun 98,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 11,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir.