REYDLƏR NƏTİCƏ VERİR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində “Sumqayıt” və “Şamaxı” EŞ-lərinin xidməti ərazilərində də reydlər davam etdirilir.

Sumqayıt EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin ötən iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 570 istehlakçının (bunun 524 ədədi məişət abonenti (əhali) istehlakçılarının payına düşür) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 406,5 min  kilovatsaata yaxın (bunun 1 milyon 160,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarının payına düşür) itirilmiş elektrik enerjisinin 84,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Bərpa edilmiş istehlak dəyərinin 67 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmişdir. O cümlədən, cari ilin fevral ayında 240-a yaxın qayda pozuntusuna görə 794,6 min kilovatsaatdan artıq (bunun 638,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  itirilmiş elektrik enerjisinin 47,7 min manata yaxın istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin 28 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, burada ötən il ərzində 4615-dən çox qayda pozuntusu (bunun 4406 ədədi məişət abonenti (əhali) istehlakçılarının payına düşür) aşkar edilərək 16 milyon 713,4 min kilovatsaata yaxın (bunun 11 milyon 714,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarının payına düşür) itirilmiş elektrik enerjisinin 1 milyon 2,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Şamaxı EŞ-dən əldə edilən məlumata görə, cari ilin iki ayında müəssisənin xidməti ərazisində 29 istehlakçının (bunun 26-sı məişət abonenti (əhali) istehlakçılarının payına düşür) sayğac uçot komplektində qüsur aşkar edilərək 34,5 min kilovatsaatdan artrıq (bunun 24,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarının payına düşür) itirilmiş elektrik enerjisinin 2,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 48 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. O cümlədən, cari ilin fevral ayında 12 qayda pozuntusuna görə 13,9 min kilovatsaata yaxın (bunun 3,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 830 manatdan çox istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, ötən il ərzində burada keçirilmiş reydlər zamanı 245-dən çox istehlakçının (bu göstəricinin 203-ü məişət abonenti (əhali) istehlakçılarına aiddir) qayda pozması faktı aşkar edilərək 369,7 min kilovatsaata yaxın (bu göstəricinin 225,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 22,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 91 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da qeyd edək ki, sözügedən EŞ-ləri əlaqələndirən “Sumqayıt Regional Elektrik Şəbəkəsi” üzrə ötən il ərzində keçirilmiş reydlər zamanı 7120-dən artıq (bunun 6688 ədədi məişət abonenti (əhali) istehlakçılarına aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 24 milyon 678 min kilovatsaata yaxın (bu göstəricinin 17 milyon 736,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 1 milyon 480,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Xatırladaq ki, “Sumqayıt REŞ” Sumqayıt, Şamaxı, Bağlar, Qobustan, Xırdalan və Xızı EŞ-ləri əlaqələndirir.