QAYDA POZULMASININ QARŞISI ALINIR

Image

Bütün Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Tərtər” və “Ağdaş” EŞ-lərində də görülmüş tədbirlərə baxmayaraq, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar hələ də var.Elektrik Enerjisindən İstifadə Qaydaları”nın pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

Tərtər EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 26 istehlakçının (bunun 23 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 270 min  kilovatsaata yaxın (bunun 89,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 16,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 26 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, son üç ay ərzində isə burada 48 qayda pozuntusu (bunun 43 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 326,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin (bunun 128,2 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) 19,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 45 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağsu EŞ-dən əldə edilən məlumata görə, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 18 istehlakçının (bunun 15 ədədi məişət abonenti) əhali istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 55,5 min kilovatsaata yaxın (bunun 40,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 13 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, burada son üç ay ərzində keçirilmiş reydlər zamanı isə 70-dən artıq istehlakçının (bunun 66 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozması faktı aşkar edilərək 273,4 min kilovatsaatdan artıq (bunun 244,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 16,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 51 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.