“AZƏRBAYCAN İES”: YEKUNLAR UĞURLUDUR

Image

Ölkə energetikasının flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda həmişə olduğu kimi 2015-ci ilin ötən 8 ayı da  uğurla yekunlaşıb. Hesabat dövründə enerji blokları və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi istiqamətində qrafikə uyğun işlər davam etdirilmişdir. Bununla yanaşı, texniki tələblərə uyğun olaraq aparılmış profilaktiki yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimləri təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla enerji istehsalı üzrə verilən  tapşırıqlar artıqlamasilə yerinə yetirilib.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Enerjinin İstehsalı İdarəsindən daxil olan məlumata görə, stansiyada cari ilin 8 ayı ərzində 5 milyard 410 min kilovatsaata yaxın elekrtik enerji istehsal edilərək ölkə enerjisisteminə ötürülüb. O cümlədən, nur istehsalçıları caril ilin avqust ayında isə 743,3 milyon kilovatsaata yaxın elektrik enerji istehsal ediblər.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sözügüdən dövrdə də elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə yüksək nəticələr əldə edilmişdir.

Qeyd edək ki, hazırda stansiyada dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində orta hesabla 25-27 milyon kilovatsaat elektrik enerjisi istehsal edilir.

Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi “Azərbaycan İES”in də normal fəaliyyətini davam etdirməsi üçün  tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, son üç ay ərzində stansiyanın avadanlıqlarında əsaslı təmir, eyni zamanda tikinti işləri də davam etdirilmişdir. O cümlədən, 2 saylı enerji blokunda əsaslı təmir işləri başa çatdırılmış, 1 saylı enerji blokunda isə başlanmış əsaslı təmir işləri davam etdirilir.  Bundan əlavə digər köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulmuş və hazırda bu işlərə start verilmişdir.