QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Image

Bütün enerji müəssisələri xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda mövsümə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirirlər. “Azərenerji”ASC-nin iri regional elektrik şəbəkəsi müəssisələrindən biri sayılan “Şirvan REŞ”-in xidməti ərazilərində də istehlakçıları daha da dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə şəbəkənin əməkdaşları elektrik verlişi xətlərinin (EVX), transformator məntəqlərinin (TM) və yarımstansiyaların təmirini və bərpasını davam etdirmişdir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Salyan Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, son üç ay ərzində də müəssisənin balans mənsubiyyətinə aid olan  şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri davam etdirilmişdir.  Belə ki, sözügedən dövrdə ümumilikdə 1 kilometrə yaxın 10 və 0,4 kV-lik yeni EVX  çəkilmş, 7,4 kilometrdən artıq xətt isə təmir edilmişdir.

Qeyd edək ki, həmin bu dövrdə bir ədəd TM quraşdırılmış, 62 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 20 ədəd transformator isə təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Lənkəran EŞ-in xidməti ərazisində sözügedən dövr ərzində “smart” tipli sayğacların quraşdırılması ilə əlaqədar olaraq 6,4 kilometrdən arıq koaksal kabel çəkilmiş və 16 kilometrə yaxın 0,4 kV-luq elektrik verlişi xətləri SİP tipli kabellə əvəz olunmuşdur. Eyni zamanda ümumi uzunluğu 19,6 kilometrdən artıq 10 və 0,4 kV-lik xətlər yenidən qurulmuşdur. Bütün bunlarla yanaşı, 6 kilometrə yaxın sözügedən gərginlikli EVX-lərdə isə təmir işləri həyata keçirilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan 11 ədəd TM-də yenidənqurma və 26 ədəd TM-də isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 15 ədəd transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi yanğın törədə biləcək tullantılardan təmizlənmiş, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş və EVX-lərin trassası yaşıl kütlələrdən təmizlənmişdir.

Sonda onu da bildirək ki, mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.