MÜTƏMADİ REYDLƏR KEÇİRİLİR

Image

Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz  yerdə quraşdırılmasına, sayğac uçot komplektinə nəzarətin gücləndirilməsinə, istehlakçılarla  aparılan təbliğata baxmayaraq, keçirilmiş reydlər zamanı sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var. Qanun pozucuları əməkdaşlarımız tərəfindən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Xırdalan elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə,  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 187 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir ki, bundan da 182-i məişət abonenti (əhali) istehlakçılarıdır. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 492,3 min  kilovatsaatdan artıq (bunun 483,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 29,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində burada keçirilmiş reydlər zamanı isə 1387 qayda pozuntusu faktı qeydə alınaraq 3 milyon 848,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin (bunun 3 milyon 30,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 230,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  hesabat ayında həmin bu məbləğin 78 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qobustan EŞ-dən əldə edilən məlumata görə, burada cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 12 istehlakçının (bu göstərici məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 23,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. . Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, ötən il ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 135 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 324,5 min  kilovatsaata yaxın (bunun 276,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 19,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 93 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmikən, sözügedən müəssisələrin də daxil olduğu “Sumqayıt” REŞ (buraya yuxarıda qeyd edilən müəssisələrlə yanaşı “Sumqayıt”, “Şamaxı”, “Bağlar” və “Xızı”  EŞ-ləri də daxildir) üzrə isə ötən il ərzində 7120-dən artıq (bunun 6688 ədədi məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 24 milyon 678 min kilovatsaata yaxın (bunun 17 milyon 736,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir)  itirilmiş elektrik enerjisinin 1 milyon 480,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.