QAYDA POZUNTULARININ QARŞISI ALINIR

Image

Bütün Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Mingəçevir”, “Ağdaş” və “Ucar” EŞ-lərində də görülmüş tədbirlərə baxmayaraq, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar hələ də var.Elektrik Enerjisindən İstifadə Qaydaları”nın pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

Mingəçevir EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 8 istehlakçının (bundan ikisi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 713,6 min  kilovatsaata yaxın (bunun 5,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 42,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə burada 150-dən çox (bunun 63 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək 1 milyon 442,1 min kilovatsaatdan artıq (bunun 348,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 86,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağdaş EŞ-dən əldə edilən məlumata görə, cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 43 istehlakçının (bu əsasən məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 95,6 milyon kilovatsaata yaxın (bunun 90,1 min kilovatsaatdan artıq məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, ötən il ərzində keçirilmiş reydlər zamanı 367 istehlakçının (bunun 313 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozması faktı aşkar edilərək     1 milyon 22,8 min kilovatsaata yaxın (bunun 725,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 61,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ucar EŞ-də isə cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 49 istehlakçının (bunun 41 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 311 min kilovatsaatdan artıq (bunun 207,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 18,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində burada 260-a yaxın (bunun 226 ədədi məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 802,8 min kilovatsaata yaxın (bunun 617,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 48,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmiş, onun 65 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.