REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Image

İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. O cümlədən, elektrik enejisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması istiqamətində reydlər də müntəzəm olaraq davam etdirilir.

Şəmkir elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  daxil olan məlumata görə,  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 72 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 142,9 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 68,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 16 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2011-ci il ərzində isə burada aşkar edilmiş 676 qayda pozuntusuna görə 6 milyon 991,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 419,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Göygöl EŞ-dən əldə edilən məlumata görə, cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 42 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 204,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 61 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, ötən il ərzində isə burada aşkar edilmiş 347 qayda pozuntusuna görə 2 milyon 539,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 68 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Gədəbəy EŞ-in xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 9 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 56,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində isə burada 95-dən çox qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 345,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 20,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 46 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin yanvar ayında Göygöl EŞ-in xidməti ərazisində aşkar eilmiş qayda pozuntularına görə tədbir görülməsi üçün 4 istehlakçı barəsində toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilmişdir.