YEDDİ AYIN NƏTİCƏLƏRİ

Image

Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, respublikada istehsal edilən elektrik enerjisinin 40 faizinə yaxınını istehsal edən «Azərbaycan İES» elektrik enerjisinin istehsalına başladığı otuz beş il ərzində ölkə iqtisadiyyatının inkişafına misilsiz töhfələr verib. Müəssisədən aldığımız məlumata görə cari ilin yeddi ayı, o cümlədən iyul ayı üçün texniki-iqtisadi göstəricilər üzrə verilmiş proqnoz da tam həcmdə yerinə yetirilib.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada yeddi ay ərzində elektrik enerjisinin faktik istehsalı 4 milyard 257,1 milyon kilovat-saat təşkil edib. Energetiklər iyul ayında 665 milyon 338 min kilovat-saat elektrik enerjisi istehsal ediblər.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Cari ildə nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, iyul ayı ərzində enerji bloklarının və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə onlarda nəzərdə tutulan profilaktiki yoxlama işləri aparılıb. İkinci enerji blokunda əsaslı təmir işləri başa çatdırılıb və blok şəbəkəyə qoşulub. Birinci enerji bloku isə əsaslı təmirə verilib.

Hazırda stansiyada sutka ərzində dispetçer yük qrafikinə uyğun olaraq 25-27 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.