İSTEHSAL DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR

Image

Respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz Elektrik Stansiyası”nın (ES) ardından "Şahdağ" Elektrik Stansiyasının tikilərək istismara verilməsi böyük əhəmiyyət kəsb etmişdir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şahdağ” elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət son üç ay ərzində qrafikə uyğun və vaxtında göstərilmişdir. Bunun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 7 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir. Yeri gəlmişkən, cari ilin son üç ayı ərzidə bu stansiyada dörd aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri aparılmış, digər dörd aqreqatda isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbənin bildirdiyinə görə, stansiyada cari ilin iyul ayında 33.3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal eidlmişdir.

Cari ilin 7 ayı ərzində isə bu rəqəm 210,6 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də sözügedən dövrlərdə müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, generatorların  hamısı normal iş rejimində işləyir, ümumiyyətlə stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.