AĞACƏKMƏ AKSIYASI VƏ IMƏCILIK
Ekoloji məsələləri daim diqqət mərkəzində saxlayan Dövlət Başçımızın göstərişlərinə uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən digər nazirlik, səhmdar cəmiyyətlər kimi “Azərenerji” ASC də bu istiqamətdə (ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması və s.) “Yaşıllaşdırma Proqramı” tərtib etmişdir. Sözügedən proqramda ərazilərin iqlimi, torpaq quruluşu və s. nəzərə alınmaqla həmin mühitə uyğun və xas olan bitkilər (ağac, dekorativ kol, gül kolu və s.) müəyyənləşdirilmişdir. Eyni zamanda bunların əkilməsi üçün yararlı və boş sahələr və əkiləcək ağacların sayı dəqiqləşdirilmişdir. “Yaşıllaşdırma Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə uyğun olaraq bu gün (20.10.2011 il) “Azərenerji” ASC-nin coxsaylı kollektivi öz peşə bayramlarında (20 oktyabr “Energetik günü”) “Şimal” Elektrik Stansiyasında 409 MVt olan II yeni buxar-qaz qurğusunun tikildiyi ərazidə ağacəkmə aksiyası həyata keçirmişlər.
Qeyd edək ki, sözügedən ərazinin sahəsi 12 hektar təşkil edir. Ümumilikdə burada 7500 ağac və kol əkilmişdir. Bunlardan 5000 ədədi zeytun ağacı, 2500-ü isə koldur. 3200 kvadrat metr sahədə isə qazon salınmışdır. Eyni zamanda, ərazidə təmizləmə işləri aparılmaqla yanaşı, yeni suvarma sistemi də yaradılmışdır.
Xatırladaq ki, Şimal" ES-də birinci 400 MVt-lik buxar-qaz qurğusu 2002-ci ildə istismara verilib. "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. 21 sentyabr 2011-ci il tarixində Dövlət Başçımızın iştirakı ilə ikinci 409 MVt-lik stansiyasının təməli qoyulub. Hazırda tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir.
İkinci enerji blokunun işə düşməsi ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri və yarımstansiyaların tikinti işləri də aparılacaqdır.