TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR

Image

İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
Balakən elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 3,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 90 faizə yaxın olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 3,1 milyon kilovatsaatdan artıq və 82 faizə yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 2 faizə yaxın azalmış, ödənişdə mütləq artım 8 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 81,3 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 1 faizə yaxın artaraq 97 faizdən artıq olmuşdur.
Qax EŞ-dən əldə edilən məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidmət ərazisində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 87 faizdən çox olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 2,5 milyon kilovatsaatdan artıq və 74 faizə yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 57 min kilovatsaat azalmış, ümumi ödəniş isə mütləq 16 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali tərəfindən istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 274 min kilovatsaata yaxın azalaraq 1,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizə yaxın artaraq 99 faizə yaxın olmuşdur.