ABŞERON REŞ: DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışırlar.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata əsasən yendən qurmaişləri müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərindən  (HEVX) də yan ötməmişdir. Belə ki, 110 KV-lik 2-ci və 4-cü Binəqədi hava xəttinin (HX) müəyyən hissəsi kabel xəttinə keçirilmişdir.  Analoji yenidənqurma işi 220 KV-lik Nizami HX-də də həyata keçirilmişdir.

Qeyd edək ki, layihə əsasında 110 KV-lik ikidövrəli 2-ci və 3-cü Əhmədli HX-lərin 8 ədəd dayağı yenisi ilə əvəz edilmiş və bu dayaqlar arası naqillər isə daha böyük yükgötürmə qabliyyətinə malik olan yeni naqillərə dəyişdirilmişdir.

Yeri gəlmişkən, 110 KV-lik ikidövrəli 1-ci Əhmədli və 1-ci Zöğ HX-lərində isə 25 dayaq və bu dayaqlar arasında  analoji işlər həyata keçirilmişdir.

Mənbənin verdiyi məlumata əsasən, sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq Şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.

Mənbədən o da bildirilir ki, mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.  Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır.  Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə  xüsusi təlimlər keçirilir.

Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən  mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.