DÖVLƏT BÜDCƏSINƏ BORC YOXDUR

Image

Son günlər bəzi KİV-lər Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyi əsas götürərək, "Azərenerji" ASC-nin dövlət büdcəsinə 780 mln. manat borcu olması barədə  məlumat yaymışlar.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, Səhmdar Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənişlər müvafiq qaydada təmin edilmiş və 01.03.2016-cı il tarixə dövlət büdcəsinə borc yoxdur. Hazırda dövlət büdcəsinə yaranan cari borcların ödənişləri vaxtında icra edilir.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bir daha  KİV-lə əməkdaşlığa hazır olduğunu bildirir və Səhmdar Cəmiyyətlə bağlı istənilən məlumatları dərc etməmişdən əvvəl  onunla dəqiqləşdirməyi xahiş edir.

Xatırladaq ki, “Azərenerji” ASC-nin Mətbuat xidməti ilə əlaqə üçün (012) 431 67 86 və (012) 430 18 01 telefonlarına zəng edə bilərsiniz.