KEYFİYYƏT VƏ DAYANIQLIQ DAHA DA ARTIRILIR

Image

Enerjitəchizatı müəssisəsinin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün qabaqlayıcı tədbirlər davam etdirilir. Abşeron yarımadasının, o cümlədən paytaxt­ətrafı ərazilərin elektrik enerjisi ilə təminatında mühüm rolu olan «Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqğın artırılması istiqamətində görülən işlər davam etdirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə sözügedən  REŞ-in xidməti ərazisində cari ilin son 3 ayı ərzində  həyata keçirilmiş tədbirlər barədə məlumatda bildirilir ki, 220 kV-luq “Nizami” yarımstansiyasında yeni nəzarət kabellərinin quraşdırılması ilə əlaqədar müvafiq hazırlıq işləri görülmüşdür. Eyni zamanda 110 kV-luq bölmələrarası yağ açarının eleqaz açarla əvəzlənməsi işləri başa çatdırılmışdır. Yeni quraşdırılmış 110 kV-lik bölmələrarası eleqaz açarının mühafizə, idarə və siqnalizasiya dövrələri tam yoxlanılmışdır.

“220 kV-luq “Hövsan” yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 110 kV-luq 3-cü “Qala” hava xəttinin (HX) əsas mühafizəsinin siqnalizasiya dövrələri yoxlanılmışdır”, – deyən mənbə onu da qeyd etdi ki, müəssisənin xidməti ərazisində hesabat dövründə təmir qrafikinə uyğun aparılan əsaslı və cari təmir işləri elektrik verilişi xətlərindən (EVX) də yan keçməmişdir. Belə ki, 330 kV-luq 1-ci “Abşeron”, 220 kV-luq “Müşfiq”, 2-ci “Hövsan”, 110 kV-luq 2-ci “Səngəçal” HX-lərində aralıq və anker dayaqlarda izolyatorlar və xətt armaturları dəyişdirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, həmin bu dövrdə 110 kV-luq “8-ci km” HX-də 21 saylı dayaqdan məftillər yeni dayağa köçürülmüş, eyni zamanda 110 kV-luq 2-ci “Suraxanı”, 5-ci “Ramanı”, 4-cü “Şimal” və digər bir neçə HX-lərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbənin verdiyi məumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatının daha dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq, təmir-bərpa işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.

Sonda onu da qeyd edək ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir. Elektrik verilişi xətlərinin mühafizə zonaları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıq­ların ətrafı çirkli yağ örtüyündən təmizlənib. Eyni zamanda, mü­hafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edildikdən sonra aşkarlanan qüsurlar aradan qaldırılıb.