BAKIDA AZƏRBAYCAN, RUSİYA VƏ GÜRCÜSTAN ENERGETİKLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

İyulun 29-da Bakıda Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması məsələlərinə həsr olunmuş iclas keçirilmişdir. «Azərenerji» ASC-nin təşəbbüsü ilə təşkil edilən iclasda Rusiyanın “İnter RAO» PSC-nin, «Vahid Enerji Sisteminin Sistem Operatoru» ASC-nin, «Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti” PSC-nin “Rusiya şəbəkələri” PSC-nin, «Gürcüstan Dövlət Elektrosistemi» SC-nin və Gürcüstanın “Elektrik enerjisi sisteminin kommersiya operatoru” SC-nin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması üç ölkənin elektroenergetika sistemlərinin tranzit imkanlarını və onların vahid sinxron zonada işinin dayanıqlılığını artırmaq məqsədi daşıyır.
Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanma şəraitinin təhlili və bu qapanmanın BES/VES enerji birliyinə daxil olan enerji sistemlərinin işinə təsiri 2007-2008-ci illərdə KOTK-nın işçi qrupu çərçivəsində müzakirə olunmuşdur. Bu məsələ ilə bağlı qərar MDB EEŞ-in 23 may 2008-ci il tarixində keçirilmiş 33-cü iclasında təsdiq edilmişdir.
İclas iştirakçıları aparılmış müzakirələrin yekunlarına dair protokol imzalamışlar.