“ŞAHDAĞ” ES: AQREQATLARA TEXNİKİ XİDMƏT GÖSTƏRİLİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki,  ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyasının respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının yüksəldilməsində də əhəmiyyətli rol oynayır. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir. Hazırda stansiya dispetçer qrafikinə uyğun istismar edilir.

“Şahdağ” ES-də cari ilin oktyabr ayında 34 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 8,4 milyon kilovatsaat artıqdır.

2016-cı ilin 10 ayı ərzində isə burada 272,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilır. O cümlədən, cari ilin son üç ayı ərzində iki aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri görülmüşdür. Eyni zamanda aqreqatların soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılmışdır.

Ümumi gücü  104 MVt olan bu elektrik stansiyası 2009-cu ildə istismara verilmiş və12 aqreqatdan ibarətdir .