"ASTARA" ES: AQREQATLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki,  respublika enerji sisteminin bütün sahələrində olduğu kimi “Astara Elektrik Stansiyasında da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun və vaxtında göstərilmişdir. Bunun nəticəsidir ki, ötən illərdə olduğu kimi cari ilin 10 ayında da elektrik enerjisi istehsalında problem yaranmamış və stansiya cari ilin 10 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, 2016-cı ilin 10 ayı ərzində

stansiyada148,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Kollektiv cari ilin oktyabr ayında da yaxşı işləmiş və stansiyada 18,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 0,6 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Digər enerji obyektləri kimi “Astara Elektrik Stansiyası”nda da iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.

2016-cı ilin son üç ayı ərzində “Astara” ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun ­aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılmışdır.

Ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilmiş və 10 aqreqatdan ibarətdir.