1,9 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin oktyabr ayında ölkə enerjisistemində 1,9 milyard kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mərkəzi Dispetçer İdarəsinin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin ötən 10 ayı ərzində isə 18,4  milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.