“TAXTAKÖRPÜ” SES: TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Taxtakörpü” Su Elektrik Stansiyasında cari ilin sentyabr ayında 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 36,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 12.1 milyon kilovatsaat artıqdır.
Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Cari ilin son üç ayı ərzində “Taxtakörpü” Su Elektrik Stansiyasında hidroaqreqatlara qrafik üzrə nəzərdə tutulmuş texniki xidmət işləri tam şəkildə yerinə yetirilmişdir.
3 hidroaqreqatdan ibarət, ümumi gücü 25 meqavat olan bu SES 2013-cü ildə istismara verilmişdir.