“ŞƏBƏKƏ”-DƏ YENİDƏNQURMA İŞLƏRİ YERİNƏ YETİRİLİR

Image

Digər enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda cari ilin son 3 ayı ərzində  həyata keçirilmiş tədbirlər barədə məlumatda bildirilir ki, şəbəkəinin xidməti ərazilərində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir.

Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsaında 220 kV-lik açıq paylayıcı quruluşda (APQ) yenidənqurma işləi davam etdirilir.

Qeyd edək ki, şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında sözügedən gərginlikli APQ-də ayrıcıların dəyişdirilməsi ilə əlaqədar olaraq yenidənqurma işləri davam etdirilir.

Onu da qeyd edək ki, 220 kV-lik “Səngəçal” yarımstansiyasında layihə əsasında 110 kV-lik APQ-də genişləndirmə işləri həyata keçirilmiş və hazırda 2 ədəd 110 kV-lik yuvanın quraşdırılması işləri davam etdirilir.

Mənbədən daxil olan məlumatda o da qeyd edilir ki, 220 kilovoltluq “Xırdalan” yarımstansiyası da bu qəbildən olan enerji müəssisələrindədir. Belə ki, yarımstansiyanın 110 kV-lik APQ-də eynigərginlikli 3-cü “Puta” hava xəttinin cərəyan transformatorları yenisi ilə əvəzlənmiş, 110 kV-lik “Dübəndi” yarımstansiyasında isə eynigərginlikli APQ-də ayrıcılar müasir tipli ayrıcılarla əvəzlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 110 kilovoltluq “Qala” yarımstansiysı da bu tədbirlər sırasına aid edilir. Adı qeyd edilən enerji obyektində müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilib. Məsələn, burada müxtəlif gərginlikli bölmələr arasında əlaqələndirici kabellərin  yenisi ilə əvəzlənməsi, eleqaz, gərginlik və cərəyan transformatorlarının dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri uğurla yerinə yetirilmişdir.

Mənbənin verdiyi məlumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.

 

Yeri gəlmişkən, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir.