TEHRAN ŞƏHƏRİNDƏ RƏSMİ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Image

 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Dövlətlərarası Birgə Komissiyanın 9-cu iclasında (5-6 avqust 2014-cü il) imzalanmış Memorandumda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 04 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri cənab Şahin Müstafayevin rəhbərliyi ilə İran İslam Respublikasının Tehran şəhərində rəsmi görüşlər keçirilmişdir. Görüşlərdə nümayəndə heyətinin tərkibində “Azərenerji” ASC-nin nümayəndələri iştirak etmişlər.

İran İslam Respublikasının Enerji məsələləri üzrə nazir müavini cənab H.Falahatian ilə görüş zamanı elektroenergetika sahəsində əməkdaşlıq barədə məsələlər müzakirə olunmuş, o cümlədən Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Dövlətlərarası Müştərək Komissiyanın 5-6 avqust 2014-cü il tarixlərdə Bakı şəhərində keçirilmiş 9-cu iclasında imzalanmış Memorandumda elektroenergetika sahəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti nəzərdən keçirilmiş və Azərbaycan Respublikasından İran İslam Respublikasına elektrik enerjisinin ixracının texniki və kommersiya şərtlərinə dair məsələlər müzakirə olunmuşdur.