TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) cari ilin avqust ayında 826,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2016-cı ilin 8 ayı ərzində isə stansiyada 4 milyard 231,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Cari ili son üç ayı ərzində yerinə yetirilmiş təmir-bərpa işləri barədə məlumat verən İstehsal idarəsi onu da qeyd etdi ki, “Azərbaycan” İES-də 4 saylı enerji blokunun təmiri aparılmış, 7 saylı enerji bloku isə təmirə çıxarılmışdır. Digər enerji blokları isə təftiş edilmiş və aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır.
8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinci bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilmişdir.