“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2016-cı ilin 12 ayı ərzində Azərbaycan Respublikasının elektroenergetika sistemində 22,6 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.
Ötən ilin dekabr ayında isə bu rəqəm 2,2 milyard kilovatsaat təşkil etmişdir.
Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilmişdir.
Bu barədə “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsindən İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə daxil olan məlumatda qeyd olunmuşdur.