“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

2017-ci ilin yanvar ayında ölkə enerjisi sistemində 2,2 mil­yard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayı ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.