“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən verilən məlumatda göstərilir ki, 2017-ci ilin fevral ayında ölkə enerjisi sistemində 1, 937 mil­yard kilovat-saat elektrik enerjisi istehsal edilib.

 “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1, 908 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin fevral ayı üzrə ölkə enerji sistemində  1, 905, “Azərenerji” ASC-də  isə 1, 876 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.