“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən verilən məlumata əsasən 2017-ci ilin mart ayında ölkə enerjisi sistemində 1,993 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,964 milyard kilovat-saat olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.
Müqayisə üçün göstərək ki, ötən ilin mart ayı üzrə enerji sistemdə 1,943, “Azərenerji” ASC-də isə 1,915 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.