“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Davamlı və hərtərəfli inkişafa hesablanmış dövlət strategiyası hər bir sahədə olduğu kimi energetika sahəsində də uğurlu nəticəsini vermişdir. Sosial-iqtisadi həyatımızın vacib elementinə çevrilən elektrik enerjisi sistemi dövrün tələbinə uyğun olaraq inkişaf etməkdədir. Bunun nəticəsidir ki, yeni generasiya gücləri əldə edilmiş və Azərbaycan Respublikasının əhəmiyyətli dərəcədə elektrik enerjisi potensialı yaradılmışdır. Enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyanın tətbiqi və s. görülmüş işlər sayəsində enerji dayanıqlığı və təhlükəsizliyi tam təmin edilmişdir.
“Azərenerji” ASC olaraq, həmişə olduğu kimi IV İslam Həmrəyliyi Oyunları zamanı da üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq. Bununla əlaqədar texniki tədbirlər əvvəlcədən görülmüşdür. Rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib edilmiş və elektrik xətlərinin mühafizəsi gücləndirilmişdir. Təchizatçılar tələbatlarına uyğun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcəkdir. Artıq bir neçə ildir ki, respublikamızın beynəlxalq tədbirlərə, idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bunu deməyə bir daha əsas verir.
Əminik ki, bu tədbir də layiqincə həyata keçiriləcəkdir. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının tarixinə xüsusi həkk olunacaqdır.