“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

2017 - ci ilin aprel ayında ölkə enerjisi sistemində 1,8 milyard kilovat - saata yaxın elektrik enerjisi istehsal olunub.
Bu barədə “Azərenerji” ASC - nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən verilən məlumatda qeyd edilib.
“Azərenerji” ASC tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat - saatdır.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
“Azərenerji” ASC tərəfindən 2017-ci ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat - saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard kilovat - saat olub.
Müqayisə üçün bildirək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat - saat elektrik enerjisi istehsal edilib.