“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsinin verdiyi məlumatda göstərilir ki, 2017-ci ilin may ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,519 milyard kilovat-saat olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin may ayında “Azərenerji” ASC-də 1,542 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.