“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

“Azərenerji” ASC təchizatçıları tələbatlarına uyğun iyul ayında da keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edib.

2017-ci ilin iyul ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1, 883 milyard kilovat-saat olub.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Qeyd edək ki, ötən ilin iyul ayında bu rəqəm 1, 872 milyard kilovat-saat təşkil edib.