AZƏRBAYCANIN BİR QRUP ENERGETİKİNƏ FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar elm xadimi”
Rəhmanov Nəriman Rəhmanoviç
“Əməkdar mühəndis”
Əhmədov Canəhməd Səbzulla oğlu
Qafarlı Etibar Məmməd oğlu
Ramazanov Qəzənfər Çoban oğlu
Tağıyev Sadir Sadıq oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2017-ci il.