"AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

“Azərenerji” ASC oktyabr ayında istehlakçıları tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edib.
2017-ci ilin oktyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,733 milyard kilovat-saat olub.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.
Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında bu rəqəm 1,846 milyard kilovat-saat təşkil edib.
O cümlədən, Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən tədbirlər davam etdirilib.
Ötən ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.