“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində III Məzun-Karyera sərgisi keçirilib. Ali məktəblə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə “Azərenerji” ASC də iştirak edib.
Sərgidə səhmdar cəmiyyətin tarixi inkişaf yolu, elektrik enerjisinin istehsalı imkanları, müasir ötürmə və idarəetmə sistemi, həmçinin strateji hədəfləri barədə ətraflı təsəvvür yaratmaq üçün hazırlanmış çap məhsulları sərgi iştirakçılarına təqdim olunub.
“Azərenerji” ASC Məzun-Karyera Sərgisinə 23 vakant vəzifə təklif edib. Əsasən, Sumqayıt, İsmaıllı, Balakən, Lerik və Göygöl şəhər-rayonlarını əhatə edən əsasən “Elektrik mühəndisi” ixtisaslarından ibarət iş yerləri barədə məzunlara ətraflı məlumat verilib.
Gələcəkdə öz karyerasını “Azərenerji” ASC-də qurmaq istəyən məzunlara işə qəbul qaydaları ilə bağlı geniş izahat verilib, onları maraqlandıran suallar cavablandırılıb.