“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

“Azərenerji” ASC tərəfindən 2017-ci ilin dekabr ayında istehlakçılar tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Ötən ilin dekabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,9 milyard kilovat-saat olub.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin dekabr ayında bu rəqəm 2,2 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.

“Azərenerji” ASC Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb.