“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

“Azərenerji” ASC-nin son dövrlərdə yeni generasiya güclərinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlər, bu istiqamətdə gerçəkləşdirilən böyükmiqyaslı layihələr və ölkənin elektrik enerjisi sektorunun müxtəlif seqmentlərində görülən genişmiqyaslı işlərin nəticəsidir ki, 2018-ci ilin yanvar ayında enerji təhlükəsizliyi, elektrik enerjisi ilə bağlı heç bir problemin olmaması prinsipi qorunub-saxlanılıb, istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

“Azərenerji” ASC tərəfindən cari ilin yanvar ayında istehsal edilən elektrik enerjisinin həcmi 2,123 milyard kilovat-saat olub.

2017-cı ilin yanvar ayında isə bu rəqəm 2,164 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.

“Azərenerji” ASC Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görüb.