ENERGETİKA NAZİRLİYİ VƏ “AZƏRENERJİ” ASC-NİN BİRGƏ OPERATİV MƏLUMATI

Image

Bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artmış (təqribən 40 faizdən yuxarı) və elektrik avadanlıqlarının istismarında açılmalar baş vermişdir.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olmuşdur. Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcəkdir.

Əlaqədar dövlət struktarlarından yaradılmış operativ əməliyyat qurupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir