“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN AÇIQLAMASI

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə edilən yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Hazırda bütün enerji obyektlərinə kompleks baxış keçirilir.
Ölkə enerjisisteminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir.
Müntəzəm olaraq, gedən proseslər barədə ictimaiyyətə və KİV-ə məlumat veriləcəkdir.