SUMQAYIT YGEŞ: SINAQ İŞLƏRİ APARILMIŞDIR

Image

Bütün elektrik energetika müəssisələrində olduğu kimi Sumqayıt YGEŞ-in əmək kollektivi də istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışırlar. Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı tərk edirik. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksəkgərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir.  Ötən illərdə olduğu kimi cari ildə də görülmüş işlər təqdirəlayiqdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) "Yaşma" yarımstansiyasında 240 MVA gücündə olan 2 saylı avtotransformator, 35/10 kV-lik volt əlavəedici transformator (VƏT) təmir və sınaq edilmişdir. Eyni zamanda rele mühafizə avtomatikası (RAM) da yoxlanılmışdır. Bütün bunlarla yanaşı uzunluğu 2,2 kilometr olan su xəttinin də çəkilişi başa çatdırılmışdır. Ümumilikdə obyektdə müasir  texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması sayəsində sistemdə  enerjinin ötürülməsinin dayanıqlığının daha da artmasına müsbət  təsirini göstərir.

Mənbədən daxil olan digər məlumatda o da  bildirlir ki,  sözügedən dövrdə 220 kV-lik Sənaye Qovşağı yarımstansiyasında 1 və 2 saylı 200 MVA avtotransformatorlar və avadanlıqları əsaslı təmir edilmiş və sınaq edilmiş, RAM yoxlanılmışıdr. Eyni zamanda qapalı paylayıcı quruluşun (QPQ) və yardımçı təsərrüfat binalarında da təmir işləri yerinə yetirilmiş və bu işlər hazırda davam etdirilir.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-luq 135 saylı yarımstansiyada 6 kV-lik bölmələr arası və Nasos-Novxanı HX-də vakkum açarları quraşdırılmışdır. Eyni zamanda 110 kV-lik Ceyranbatan yarımstansiyasında isə yeni 35/6 kV-lik QPQ-nin binasının tikintisi başa çatdırılmış, burada 35 kV-lik 10-dan artıq eleqaz, 10 kV-lik 30-a yaxın vakkum aşarları, müxtəlif gərginlikli 4 dəst gərginlik transformatoru və 2 dəst yük ayrıcısı quraşdırılaraq işə qoşulmuşdur. Bütün bunlarla yanaşı, həmin bu dövr ərzində 110 kV-lik Kimyaçılar yarımstansiyasında 1 və 2 saylı 80 MVA transformatorlarda avtomatik yanğınsöndürmə qurğusu işə qoşulmuşdur.

Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 330 kV-lik I, VIII Abşeron, 220 kV-lik Yaşma, VII Abşeron, 110 kV-lik I-V Sumqayıt və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir.  Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir.

Yeri gəlmişkən, iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir.