18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən elan etdi. Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş Sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi qeyd edildi.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verdi.
Hazırda müasir Azərbaycan Respublikası bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi, çiçəklənmə dövrünü yaşayır.
DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ münasibətilə xalqımızı təbrik edirik.