“AZƏRENERJİ” ASC ELEKTRİK MÜHƏNDİSİ VƏ ELEKTRİK MANTYORU VAKANSİYALARI üzrə İŞƏ QƏBUL ELAN EDİR

Image

Ölkə enerji sistemində baş vermiş məlum hadisədən sonra bu sahənin təhlükəsizliyinə və müasirləşdirilməsinə hesablanmış kompleks islahatların mühüm tərkib hissəsi ixtisaslı kadr potensialının gücləndirilməsidir ki, sözügedən istiqamətdə konseptual yanaşma əsasında müvafiq addımlar atılır.

İlkin qənaətə görə, insan resurslarından səmərəli istifadə edilməsi və ixtisaslı kadr bazasının formalaşdırılması məqsədilə yaxın perspektivdə ali təhsil ocaqları ilə sıx əlaqələrin qurulmasına başlanılacaqdır. Eyni zamanda, işə qəbul edilən gənc mütəxəssislər üçün qısamüddətli istehsal kursları və təlim-seminarlar təşkil ediləcəkdir. Hazırda enerjisistemin bilikli və bacarıqlı mühəndis-energetiklərlə, elektrik mühəndisi və elektrik mantyoru vəzifələri üzrə komplektləşdirilməsi prosesinə start verilmişdir.

Bu xüsusda, Səhmdar Cəmiyyət öz təhsil və ixtisas səviyyəsinə əmin olan vətəndaşları işə dəvət edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin sürətlərini, Fotoşəkilli şəxsi məlumat vərəqəsini (CV) AZ 1005., Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə, cv@azerenerji.gov.az elektron poçt ünvanına göndərə və əlavə məlumat üçün (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.