“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Image

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin oktyabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,8 milyard kilovat-saat təşkil edib.  

Bu rəqəm 2017-cı ilin oktyabr ayında 1, 7 milyard kilovat-saat olub.

Carı ilin müvafiq dövrü ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Eyni zamanda qeyd edək ki, “Azərenerji” ASC Azərbaycan Respublikasının enerji təhlükəsizliyi, ölkə enerjisistemində hər hansı bir problemin baş verməməsi, fasiləsizlik prinsipinin qorunub-saxlanılması, istehlakçıların təlabatına uyğun olaraq, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində vəzifə və funksiyalarının yüksək keyfiyyətlə həyata keçirmək məqsədilə yenidənqurma (müasirləşdirmə) tədbirlərinə başlayıb.