"AZƏRENERJİ" ASC-NİN AÇIQLAMASI

Image

2018-ci il 12 dekabr tarixində Rusiya enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, 8:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisilə təmin etmişdir.

Enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” əsasında həyata keçirilmişdir.

Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılmışdır.

Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt-saat təşkil etmişdir.